Politico: ABŞ Şərqi Avropadakı müttəfiqlərinə silah almaq üçün qrant verəcək

11-09-2022, 09:00

Politico: ABŞ Şərqi Avropadakı müttəfiqlərinə silah almaq üçün qrant verəcək

ABŞ Şərqi Avropadakı müttəfiqlərinə Amerika müdafiə şirkətlərindən hərbi texnika almaq üçün qrantlar verməyə qərar verib.

Ordum.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları Ukraynaya birdəfəlik silah tədarükündən NATO-nun şərq cinahında yerləşən ölkələrinə uzunmüddətli təchizə keçir.

Nəşr qeyd edib ki, bununla da Şərqi Avropa dövlətləri Kiyevə təhvil verərək sovet texnikası ehtiyatlarından qurtulmağa davam edəcəklər.

Sentyabrın 8-də ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, ABŞ hökuməti Ukrayna və onun 18 qonşusuna xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində 2,2 milyard dollar məbləğində uzunmüddətli investisiyalar verəcək.




Facebook'da Paylaş