G7-nin maliyyə nazirləri Ukraynaya 15 milyard avro ayırmağı planlaşdırır

17-05-2022, 18:28

G7-nin maliyyə nazirləri Ukraynaya 15 milyard avro ayırmağı planlaşdırır

G7-nin ("Böyük Yeddilik") maliyyə nazirləri bu həftə baş tutacaq görüşdə Ukraynaya 15 milyard avroluq yardım paketi barədə razılığa gəlmək istəyirlər.

Ordum.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Paket üç ayı əhatə edəcək, kreditlərdən fərqli olaraq geri qaytarılmasına ehtiyac olmayan qrantlar şəklində qısamüddətli maliyyələşdirmə ilə təmin ediləcək. Belə ki, Ukraynanın gəlirləri azaldığı üçün xilasetmə proqramına ehtiyac var.

ABŞ artıq yardımın yarısını 7,5 milyard dollar qrant şəklində təqdim etməyi təklif edib.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 8-də G7 ölkələrinin liderləri Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya gələcək dəstəyi təmin edəcəklərini bildiriblər.




Facebook'da Paylaş