Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib

8-09-2022, 13:44

Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib.

Ordum.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.

“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.




Facebook'da Paylaş