Ukraynada sərgidə baş verən partlayışa görə iki nəfər saxlanılıb

5-09-2022, 09:29

Ukraynada sərgidə baş verən partlayışa görə iki nəfər saxlanılıb

Çerniqovda silah sərgisində baş verən partlayışlara görə iki nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, saxlanılanlardan biri ictimai tədbirə hərbi silah aparmaq əmri verib, ikincisi isə uşağa silah götürməyə icazə verib.

“Mən bir daha yerlərdə bütün hakimiyyət nümayəndələrinə və hüquq-mühafizə orqanlarına xəbərdarlıq edirəm - əmin olun ki, kütləvi tədbirlərdə hərbi silahlar və digər təhlükəli əşyalar olmasın. İnsan həyatının təhlükəsizliyini təmin etmək hər kəsin ümumi məsuliyyətidir”.

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 5 uşaq yaralanıb.




Facebook'da Paylaş