Hərbi İnstitutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir

31-08-2022, 15:10

Hərbi İnstitutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir

Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə qardaş ölkənin Zəfər Bayramının 100-cü ildönümünə həsr olunan beynəlxalq festival keçirilir.

Müdafiə Nazirliyindən Ordum.az-a bildirilib ki, festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin rəisi hərbi dirijor polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərlik etdiyi 35 nəfərlik nümayəndə heyəti təmsil edir.

Əvvəlcə iştirakçı ölkələrin hərbi orkestrlərinin Bursa şəhərində təntənəli yürüşü təşkil edilib.

Festival çərçivəsində orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramları ilə çıxış ediblər.

Hərbi orkestrlərin çıxışları, xüsusilə də müxtəlif ölkələrdən qatılan orkestrlərin birgə ifaları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.




Facebook'da Paylaş