Polşa ordusu sıralarına 13 min nəfərdən çox könüllü cəlb edib

29-08-2022, 09:30

Polşa ordusu sıralarına 13 min nəfərdən çox könüllü cəlb edib

Son məlumata görə, 13 min nəfərdən çox polşalı könüllü hərbi xidmətə yazılıb.

Ordum.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak TVP telekanalına açıqlamasında bildirib.

"Ümid edirik ki, sentyabr, oktyabr və noyabr aylarında daha çox müraciət olacaq. Bu il 15 min nəfərlik yer hazırlamışıq. Lazım gələrsə, daha çoxunu tapacağıq. İstəyirik ki, mümkün qədər çox insan təlim keçsin, silahla işləməyi bacarsın, yaxşı təşkil olunsun”, - o vurğulayıb.

Qeyd edək ki, yeni qanuna əsasən, Polşada könüllü hərbi xidmət tətbiq olunub. Əvvəllər orduda olmamış hər kəs xidmət edə bilər. Hərbi hazırlığı bitirdikdən sonra gələcəkdə ehtiyata və ya peşəkar orduya qoşulmaq olar.

Könüllü xidmət 28 günlük əsas təlim kursu ilə başlayır. Daha sonra çağırışçı təlim, hərbi nizamnaməni və silahla rəftar qaydalarını öyrənir.

Hazırlığı davam etdirməmək qərarına gələnlər ehtiyata köçürüləcək. Qalanları 11 aya qədər xüsusi təlim keçəcəklər. Bu müddətdən sonra könüllü peşəkar, ərazi və ya ehtiyat xidmət üçün müraciət edə bilər.

Könüllü xidmətin bir hissəsi olaraq, aylıq 4,560 zlot (960 ABŞ dolları -red) ödənilir.




Facebook'da Paylaş