Pentaqon: Çin nüvə arsenalını 3-4 dəfə artırıb

6-08-2022, 09:00

Pentaqon: Çin nüvə arsenalını 3-4 dəfə artırıb

Çin nüvə arsenalını 3-4 dəfə artırmaq prosesindədir.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.

“Çin öz nüvə arsenalını çox sürətlə - üç, hətta dörd dəfə artırma prosesindədir”, - o deyib.

Kol qeyd edib ki, ABŞ administrasiyası əvvəllər Çinin strateji sabitlik məsələlərini müzakirə etmək niyyəti ilə bağlı bəyanatlarını eşidib, lakin Vaşinqton “Pekinin bu cür işə real hazır olduğunu görmür”.

Eyni zamanda, Amerika rəsmisi ölkəsinin Çinlə münaqişəyə girmək istəmədiyini vurğulayıb. "Tayvan ətrafındakı vəziyyətdə gördüyümüz yaxşı şeylərdən biri Çindən heç bir nüvə təhlükəsinin olmaması idi", - o əlavə edib.




Facebook'da Paylaş