Liz Trass: “Ukraynadakı münaqişə yalnız Rusiya qoşunlarının çıxarılması ilə bitəcək

5-08-2022, 08:26

Liz Trass: “Ukraynadakı münaqişə yalnız Rusiya qoşunlarının çıxarılması ilə bitəcək

“Münaqişə yalnız Rusiyanın Ukrayna ərazisindən çıxması ilə bitə bilər”.

Ordum.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

XİN rəhbəri bildirib ki, rəsmi London Kiyevin silahlanmasını dəstəkləməlidir. O, baş nazir kimi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcəyini, həmçinin Rusiya enerjisindən asılılığı azaldacağını vəd edib.

“Biz amerikalı, fransalı və alman həmkarlarımızla danışıqlarda iştirak etmişik və bu işdə ukraynalıları dəstəkləyirik. Amma, son nəticədə, sual ukraynalıların nə ilə bağlı razılaşmaq istədikləridir. Mən ərazilərdən imtina etmək üçün hər hansı təzyiqin olmasını istəmirəm”




Facebook'da Paylaş