Ukraynalıların 81%-i Aİ-yə, 71%-i NATO-ya qəbul olmağı dəstəkləyir

29-07-2022, 17:13

Ukraynalıların 81%-i Aİ-yə, 71%-i NATO-ya qəbul olmağı dəstəkləyir

Ukraynalılar ölkənin Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünə müsbət yanaşır.

Ordum.az xəbər verir ki, bu, Kiyev Sosiologiya Beynəlxalq İnstitutunun keçirdiyi sorğuya əsasən məlum olub.

Respondentlərin 81%-i ölkədə referendum keçirilərsə, Aİ-yə qəbul olmağın “lehinə” səs verəcəklərini bildiriblər. 4% respondent bunun əleyhinə çıxış edib, qalan 15% səs verməyib.

Ukraynanın NATO-ya üzvlüyünə dəstək isə nisbətən daha azdır. Belə ki, respondentlərin 71%-i ölkənin NATO-ya üzvlüyünün “lehinə”, 7%-i “əleyhinə” səs verib. Sorğuda iştirak edənlərin 22%-i səs verməkdən imtina edib.




Facebook'da Paylaş