Aralıq dənizində güclü külək ABŞ-ın qırıcısını dənizə salıb

10-07-2022, 20:23

Aralıq dənizində güclü külək ABŞ-ın qırıcısını dənizə salıb

Aralıq dənizində güclü külək “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki “F-18 Super Hornet” qırıcısını dənizə salıb.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 8-də “F-18” qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən dənizə düşüb”, - Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.




Facebook'da Paylaş