Moldova XİN: “Ölkə hərbi əməkdaşlıqda neytrallıqdan kənara çıxmır

7-07-2022, 10:00

Moldova XİN: “Ölkə hərbi əməkdaşlıqda neytrallıqdan kənara çıxmır

Moldova digər ölkələrlə hərbi əməkdaşlıqda konstitusiyada təsbit olunmuş neytrallıqdan kənara çıxmır.

Ordum.az xəbər verir ki, bunu Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Daniel Voda bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaitsevin Moldovanın Qərbdən hərbi yardım alması məsələsində balanslı olmaqla bağlı çağırışına münasibət bildirən Daniel Voda bildirib ki, Moldovanın digər ölkələrlə təhlükəsizlik və müdafiə məsələlərində əməkdaşlığı ölkə konstitusiyasında təsbit olunmuş neytrallıq prinsipi çərçivəsindən kənara çıxmır:

“Eyni zamanda, ölkəmiz öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə, sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdehlik daşımağa borcludur. Avropa İttifaqının elan etdiyi yardım proqramı öldürücü olmayan silahların tədarükünü nəzərdə tutur”.




Facebook'da Paylaş