Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... -
Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Ermənistan müxalifəti vitse-spiker postuna yeni namizədini irəli sürməyəcək və deputatlarının Ermənistan parlamentində postlardan və mandatlardan imtina edəcəyini elan edəcək. Bu, Paşinyanın müxalifət üzərində növbəti qələbəsidir. Çox güman ki, onunla bu məsələlərdə siyasi texnoloqlar çalışır. Bu fikirləri Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bölüşüb.
“Bütün bunları Paşinyan erməni xalqının dəstəyi hesabına edə bilir. İnsanlar anlayırlar ki, revanşist qüvvələr hakimiyyətə gəlsə, Ermənistan yeni məğlubiyyətə düçar olacaq. Bundan başqa, əhali təxminən 20 il hakimiyyətdə olmuş Qarabağ klanı, Robert Köçəryan, Serj Sərkisyandan yorulub. Bu, Ermənistanın Baş nazirinin siyasi dominantlığını rəsmiləşdirməsinə imkan verən əsas səbəblərdir”.
Zəngəzur dəhlizindən danışan politoloq qeyd edib ki, Azərbaycan ondan imtina etmək niyyətində deyil, üstəlik, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşması hələ də qüvvədədir.
“Lakin Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yola gəldikdə, əgər bu yol tikilsə, Zəngəzur dəhlizinə real alternativ olacaq. Əslində, Bakı Zəngəzur dəhlizilə Ermənistana əməkdaşlıq təklif edir. Bakının Tehranla alternativ yolun tikintisi ilə bağlı razılaşmasında da bir siqnal var – əgər Ermənistan bundan sonra da ikili oyunu davam edəcəksə və Zəngəzur dəhlizinin inşasına tam dəstək olmayacaqsa, onu, sadəcə, İran ərazisindən tikəcəklər. Mənim fikrimcə, bu yol tamamilə tamdəyərli alternativ ola bilər. Əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına yenə də maneə olacaqsa, bundan ən çox zərəri elə özü görəcək. Bakı və Tehran alternativ tikəcək, İrəvan isə yenə ofsaytda qalacaq, yenə uduzacaq, məğlub olacaq”, - Markov bildirib.
Facebook'da Paylaş