Yutub Semyon Peqovun kanalını sildi

21-06-2022, 07:23

Yutub Semyon Peqovun kanalını sildi

Yutub Semyon Peqovun kanalını sildi

Yutub təxribatçı videolarla populyarlıq qazanan rusiyalı “jurnalist” Semyon Peqovun “WarGonzo” səhifəsini bağlayıb.
Ordum.az Butov.az-a istinad edərək xəbər verir ki, səhifə həmişəlik silinib.
Qeyd edək ki, Semyon Peqov azərbaycanlılara daha çox İkinci Qarabağ savaşında erməni təbliğatına xidmət edən, böhtan və yalan, təxribat yayan videoları ilə tanışdır. O, Qarabağ savaşından sonra Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.
Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.




Facebook'da Paylaş