Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik

16-05-2022, 19:43

Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik

"Ukraynada davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək".

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bildirib.

“Əsas odur ki, “Avroviziya” müsabiqəsi keçirmək ilə bağlı təcrübəmiz var, iki dəfə müsabiqəyə ev sahibliyi etmişik. Bu, ən önəmlisidir. Ona görə də növbəti müsabiqəyə ev sahibliyi etmək, hətta bu cür vaxtlarda belə, bizim üçün problem olmayacaq. “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”, - “1+1” telekanalının televiziya xəbər xidməti olan TSN nazirin sözlərindən sitat gətirib.

Nazir İsveç və İspaniya nümayəndələrinin növbəti “Avroviziya” mahnı müsabiqəsinin Ukraynada keçirilməsi mümkün olmadıqda yarışmaya ev sahibliyi etməyə hazır olduqları barədə dediklərinə belə cavab verib: “Maliyyə yardımı versələr, qəbul edirik, amma müsabiqəni 100% Ukraynada keçirəcəyik”.




Facebook'da Paylaş