Çexiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

21-02-2022, 09:36

Çexiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

“Ukraynada olan Çexiya vətəndaşları bu ölkəni tərk etməlidirlər”.

Ordum.az xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

“Biz Rusiyanın hərəkətləri nəticəsində bu regionda (Ukraynanın şərqində - Red) yaranmış çox ciddi vəziyyəti müşahidə edirik. Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə daimi əlaqə saxlayırıq. Xarici İşlər Nazirliyi tezliklə Ukraynaya səyahətlə bağlı tövsiyələr dərc edəcək. Hazırda isə vətəndaşlarımızı Ukraynaya səfər etməməyə çağırmaq istəyirəm”, - nazir deyib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada 114 Çexiya vətəndaşı var. Qeyd olunub ki, hazırda Çexiyanın Ukraynadkı səfirliyi və baş konsulluğu əsas funksiyalarını yerinə yetirməkdə davam edir.

Bundan başqa, Çexiya XİN yanında Ukraynaya humanitar yardımın göstərilməsi məsələlərini nəzərdən keçirmək üçün qrup yaradılıb. Yaxın vaxtlarda bu ölkəyə 10 milyon kron (təxminən 400 000 avro) dəyərində daha bir tibbi və humanitar yük göndəriləcək.




Facebook'da Paylaş