Türkiyə “Azovstal”la bağlı danışıqlarda vasitəçilik edəcək

13-05-2022, 08:44

Türkiyə “Azovstal”la bağlı danışıqlarda vasitəçilik edəcək

Türkiyə Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən hərbçilərin, ilk növbədə ağır yaralıların təxliyəsi ilə bağlı danışıqlarda vasitəçilik etməyə razılaşıb.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.

Onun sözlərinə görə, Ukrayna evakuasiya ilə bağlı danışıqlar aparmaq mandatını Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və BMT nümayəndələrinə verib.

“Biz istəyirik ki, “Azovstal”dan evakuasiyanın dəqiq necə olacağı ilə bağlı sənəd imzalansın. İlk növbədə, ağır yaralıların təxliyəsindən söhbət gedir və Türkiyə bu danışıqlarda vasitəçi olmağa hazırdır”- deyə, o bildirib.




Facebook'da Paylaş