Hulusi Akar: "İraqın şimalındakı antiterror əməliyyatının birinci hissəsi başa çatıb

20-04-2022, 14:34

Hulusi Akar: "İraqın şimalındakı antiterror əməliyyatının birinci hissəsi başa çatıb

“Pənçə-Kilit” əməliyyatının birinci hissəsi başa çatıb”.

Ordum.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Son dərəcə əhatəli bir plan icra edildi. Əsgərlərimizin ovaqtı yüksəkdir. Çətinliklərə baxmayaraq hədəfə çatdıq. Bu birinci səhifədir. Əməliyyatlar davam edəcək. Mağaralarda və sığınaqlarda gizlənən terrorçular təmizlənməlidir. Birinci hissə tamamlandı”, - nazir qeyd edib.

H.Akar əməliyyat nəticəsində baş leytenant Ömər Delibaş və leytenant Kaan Kanlıkuyunun şəhid olduqlarını bildirib: “Terrorçular son dərəcə çıxılmaz vəziyyətə düşüblər. Terrorçular prosesi yalanlar, xəyallarla idarə etməyə çalışırlar. Hansı daşın altında gizlənsələr belə xilas ola biləyəcəklər. Geri addım atacağımızdan söhbət gedə bilməz. Əməliyyat uğurla davam edir. Məqsədimiz millətimizi terror bəlasından xilas etməkdir. Bugünədək 30 terrorçu zərərsizləşdirlib”.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də parlamentdəki çıxışı zamanı İraqdakı antiterror əməliyyatının məqsədinin yeni ərazilər ələ keçirmək olmadığını bildirib: “Hədəfimiz İraqı terrorçulardan təmizləmək, eləcə də sərhədlərimizin təhlükəsizliyinin təmn etməkdir”.




Facebook'da Paylaş