Ukraynada hərbi cinayətlərin təhqiqatına dair təşəbbüs irəli sürüləcək

14-04-2022, 10:34

Ukraynada hərbi cinayətlərin təhqiqatına dair təşəbbüs irəli sürüləcək

Fransa hökuməti Ukraynada törədilən hərbi cinayətlərin təhqiqatına dair Avropa İttifaqı üzv ölkələrinin səylərini əlaqələndirməklə bağlı təşəbbüs irəli sürəcək.

Ordum.az
xarici KİV-ə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Qabriel Attal brifinq zamanı bildirib.

Qeyd edək ki, aprelin 11-də Fransa Daxili İşlər Nazirliyinin texniki ekspertlər qrupu Ukraynaya göndərilib. Müharibə zamanı törədilən hərbi cinayətlərə dair dəlilləri aşkarlamaq və toplamaqda Ukrayna tərəfinə kömək öhdəliyi daşıyan qrupda iki məhkəmə tibbi eksperti və 15 nəfər jandarma var.




Facebook'da Paylaş