Narkotik qaçaqmalçıları əmrə tabe olmayıb, sərhədçilər xəbərdarlıq atəşi açıb

13-04-2022, 11:00

Narkotik qaçaqmalçıları əmrə tabe olmayıb, sərhədçilər xəbərdarlıq atəşi açıb

Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açıb.

Bu barədə Ordum.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 11-i saat 22:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanan 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram heroin, 8 kiloqram 480 qram marixuana, 0.60 qram metamfetamin) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd metadon-40 dərman prepa­ratı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Facebook'da Paylaş