Ukrayna MN: "Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb
Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.
Ordum.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.
Rəsmi informasiyaya görə, səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.
“Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”, - Ukrayna MN-dan qeyd olunub.
Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir: “Onlar köhnəlmiş silahları anbarlardan çıxaracaqlar. Həmin silahların bəziləri 30 ildən çoxdur ki, istifadə olunmur".
Bundan başqa, Donetsk və Luqansk vilayətlərində son sutkada Rusiyanın 7 hücumu dəf edilib: “Həmçinin 2 zirehli texnika, 43 avtomobil və 1 minaatan məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”.
Facebook'da Paylaş