NATO “Patriot” zenit-raket komplekslərini Polşaya göndərir

9-03-2022, 09:10

NATO “Patriot” zenit-raket komplekslərini Polşaya göndərir

ABŞ Polşanın hava hücumundan müdafiəsini gücləndirir. “Patriot” zenit-raket kompleksləri Rusiyadan gələn hər hansı təhlükənin qarşısını almaq üçün ölkəyə köçürülür.

Bu barədə Ordum.az “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ və NATO müttəfiqləri üçün potensial təhlükənin qarşısını almaq üçün Polşaya iki “Patriot” raket kompleksi batareyası köçürür.

ABŞ-ın Avropadakı qüvvələrinin nümayəndələrinin fikrincə, bu addım Rusiyanın hərbi təcavüzünün qarşısını almaq və NATO müttəfiqlərini razı salmaq məqsədi daşıyır.




Facebook'da Paylaş