Latviyanın Müdafiə Nazirliyi ABŞ Konqresindən kömək istəyib

8-02-2022, 08:51

Latviyanın Müdafiə Nazirliyi ABŞ Konqresindən kömək istəyib

Latviya ABŞ parlamentindən Baltikyanı respublikaya müasir silah sistemləri almağa imkan verəcək yardım proqramının təsdiqləyəcəyini gözləyir.

Ordum.az xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Artis Pabriks deyib.

“Məsələn, hər üç Baltikyanı ölkə ABŞ-dan HIMARS raket sistemini almaq istərdi, lakin bu, kifayət qədər bahadır, ona görə də Konqres və ya ABŞ Senatı bizə dəstək versəydi, biz bunu edərdik”, - nazir bildirib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Latviya “Patriot” tipli zenit-raket kompleksi və sahil mühafizə sistemi almaq istərdi. O, ABŞ qoşunlarının Latviyada daimi mövcudluğuna çağırıb və ümid etdiyini bildirib ki, Kanada da Baltik respublikada qoşunları daimi saxlayacaq.




Facebook'da Paylaş