Braziliya telekanalında Xocalı soyqırımına dair proqram yayımlanıb

14-02-2022, 16:30

Braziliya telekanalında Xocalı soyqırımına dair proqram yayımlanıb

Braziliyanın paytaxt şəhərində yayımlanan Comunitaria De Brasilia TV televiziya kanalının, Por Brasilia proqramında Xocalı soyqırımına həsr olunmuş proqram yayımlanıb.

Bu barədə Ordum.az-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın azad olunmuş ərazilərinə ilk səfər edən Braziliyalı jurnalist Fabiana Ceyhan bu il Xocalı soyqırımının 30-cu il dönümü olduğunu və bu faciəvi tarixlə əlaqədar yerli mütəxəssislərin fikrini öyrənmək üçün müsahibələr götürmüşdür. Tədqiqatçı, Espaco Caspio elmi saytının yaradıcısı, siyasi elmlər magistri Joao Xavyer jurnalistin suallarına cavab verərkən bildirib ki, Ermənistan Sovet ordusunun köməkliyi ilə 90-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edərkən, 1992-ci ilin fevralında Xocalıda yerli mülkə əhaliyə qarşı soyqırım törədib. Erməni silahlı qüvvələrinin Xocalının mülki əhalisinə çıxış üçün guya dəhliz verdiyini bildirən tədqiqatçı, əslində bu dəhlizdə günahsız insanları vəhşicəsinə qətlə yetirdiklərini deyib. Bu faktın xarici, yerli jurnalistlər və beynəlxalq təşkilatlar tərəfindən qeydə alınması da bildirib. Bu soyqırımın məqsədli qətl olduğunu Ermənistanın sabiq prezidenti Serj Sakisyanın xarici jurnalistə verdiyi müsahibəsində məşhur ifadəsi "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu" deyə Joao Xaviyer tərəfindən səsləndirilib. Braziliya və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı haqqında məlumatlandırılması və belə faciəvi hadisələrə gələcəkdə yol verilməməsi vacibliyindən danışan tədqiqatçı, Braziliyanın özündə ilk tanınmış soyqırımın 1993-cü ildə Braziliyanın Yanomami bölgəsində baş verdiyini demiş və “Xocalıya Ədalət” kompaniyasına qoşulmağa çağırıb.

Braziliyalı jurnalist və bloger https://azerination.com.br/ saytının yaradıcısı və aparıcısı Andreia Hiromi öz müsahibəsində bildirib ki, Xocalı soyqırımı uzaq tarix yox 20-ci əsrdə törədilən soyqırımdı və ona beynəlxalq səviyyədə qiymət veriləsidir. Bu soyqırım həm Braziliyada həm də bütün dünyada tanılasıdır və bunun üçün “Xocalıya Ədalət” kompaniyasına qoşulmaq vacibliyini dilə gətirib. Xanım Leyla Əliyevanın təşəbbüsü ilə başlanan bu kompaniyaya dəstək veriləsi çağırışı jurnalist Andreia Hiromi tərəfindən səsləndirilib.

Qeyd olunasıdır ki, veriliş cümə, şənbə və bazar günlərində paytaxt Braziliya şəhərində geniş baxıcı kütləyə malik Comunitaria De Brasilia TV televiziya kanalında yayımlanıb.




Facebook'da Paylaş