Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

3-02-2022, 21:10

Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

Ukrayna və Türkiyə arasında azad ticarət zonası haqqında saziş imzalanıb.

Ordum.az xəbər verir ki, Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskinin iştirakı ilə baş tutan sənədin imzalanması mərasimi Ukrayna prezidenti ofisinin rəsmi feysbuk səhifəsində yayımlanıb.

Sənəddə qeyd olunur ki, saziş iki ölkə arasında ticarətin intensivləşməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiyanın transferinə və təcrübə mübadiləsinə töhfə verəcək.

Tərəflər əvvəllər azad ticarət zonasının yaradılması üzrə danışıqları 2016-cı ilin sonuna, 2017-ci ildə isə 2019-cu ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər. Lakin tarif məsələlərində uyğunsuzluqlar səbəbindən tarixlər gecikdirilib.

Qeyd edək ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 7,42 milyard dollar təşkil edib.




Facebook'da Paylaş