Nigeriyada fermerlərə silahlı hücum nəticəsində 13 nəfər ölüb

15-01-2022, 18:16

Nigeriyada fermerlərə silahlı hücum nəticəsində 13 nəfər ölüb

Nigeriyanın Niger əyalətində silahlı hücum qeydə alınıb.

Ordum.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində Nakunda kəndinin 13 sakini həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Vasiu Abiodunun sözlərinə görə, silahlı şəxslər tarlada işləyən fermerlərə hücum ediblər.

Onun sözlərinə görə, çoxlu sayda yaralı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır




Facebook'da Paylaş