Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

24-12-2021, 09:04

Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Qəniyev, Q.Məmmədov, S.Tağıyev, Ş.Şirvanov, M.İsmayılov, F.Ağayev və T.Nüsrətzadədən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.




Facebook'da Paylaş