Polis əməliyyatlar keçirib, 9 tüfəng götürülüb

21-12-2021, 09:30

Polis əməliyyatlar keçirib, 9 tüfəng götürülüb

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb.

Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır




Facebook'da Paylaş