Türkiyənin Suriya ilə sərhədində neft yatağı aşkarlanıb

11-12-2021, 09:00

Türkiyənin Suriya ilə sərhədində neft yatağı aşkarlanıb

Türkiyə-Suriya sərhədində neft yatağı aşkar edilib.

Ordum.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli neft şirkəti TPAO-nun tvitter səhifəsində yayılan məlumatında deyilir.

“Türkiyə-Suriya sərhədində yeni yataq aşkar edilib. Mardin vilayətinin Nuseybin rayonu ərazisindən 32 km şərqdə yerləşən Günyurdu-1 quyusunda kəşfiyyat işləri apararkən API üzrə 11,8 dərəcə olan ağır yatağı aşkar etdik”, - məlumatda bildirilir.




Facebook'da Paylaş