Ersin Tatar Maraşla bağlı iddialara CAVAB VERDİ

24-05-2022, 12:20

Ersin Tatar Maraşla bağlı iddialara CAVAB VERDİ

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar, Kipr Rum Administrasiyasının Maraşda yeni çimərlik açma qərarı ilə bağlı iddialarının doğru olmadığını bildirib.

Ordum.az-ın məlumatına görə, Ersin Tatar qeyd edib ki, Gazimağusa bələdiyyəsi istifadəyə açıq olan çimərlikdə xüsusilə təhlükəsizlik baxımından çimərlikdən istifadə edənlərin xeyrinə müəyyən abadlıq işləri aparıb.

Tatar verdiyi yazılı açıqlamada Kipr Rum Administrasiyasının aldadıcı iddialar irəli sürməsini doğru görmədiyini ifadə edərək, Gazimağusa bələdiyyəsinin səyləri ilə bölgənin ictimaiyyətin xeyrinə tənzimlənməsini müsbət hal kimi qiymətləndirib.

Maraş açılışının KKTC-ni siyasi olduğu kimi iqtisadi mənada da irəli aparacaq bir addım olduğunu ifadə edən Tatar, “Xalqımızdan aldığımız dəstəklə davam edəcəyimizi vurğulamaqla yanaşı, yeni siyasəti qətiyyətlə davam etdirəcəyik. iki suveren bərabərhüquqlu dövlətin əməkdaşlığını nəzərdə tutan və Ana Vətən Türkiyə ilə tam uyğunluq içində həyata keçirdiyimiz KKTC-nin hər sahədə inkişafı üçün lazım olan bütün addımları atmaqdan çəkinməyəcəyimizi qeyd etməkdə böyük fayda görürəm”.

Qapalı Maraşın mərhələli açılış prosesinin baş nazirliyi dövründə başladığını xatırladan Tatar, bu addımla Gazimağusa bölgəsinin canlandığını və KKTC-nin bölgədəki statusunun yüksəldildiyini qeyd edib.




Facebook'da Paylaş