Türk ordusu PKK-nın "alınmaz qalasını" ələ keçirdi

4-10-2021, 21:58

Türk ordusu PKK-nın "alınmaz qalasını" ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK/KCK terror təşkilatına daha bir güclü zərbə endirib.
Türkiyənin Milli Müdafiə Nazirliyi yaydığı məlumatda bildirilib ki, İraqın şimalında davam edən “Pəncə-Şimşək" antiterror əməliyyatlarının aparıldığı Avaşin-Basyan bölgəsində PKK/KCK terror təşkilatı üzvlərinin “alınmaz” hesab etdikləri “şərq qərargahı” ələ keçirilib.
Uğurlu əməliyyat nəticəsində mağaraya daxil olan və terrorçulara ağır zərbə vuran Türkiyə ordusunun bölmələri PKK/KCK terror təşkilatının 12 üzvünü zərərsizləşdirib.




Facebook'da Paylaş