Türkiyə və Pakistan birgə hərbi təlimlərə BAŞLAYIB

31-01-2023, 07:46

Türkiyə və Pakistan birgə hərbi təlimlərə BAŞLAYIB

Türkiyə və Pakistan birgə hərbi təlimlərə BAŞLAYIB

Türkiyə və Pakistan ordusu "Atatürk-2023" adlı birgə hərbi təlimlər keçirir.
Ordum.az xəbər verir ki, bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.
Təlimlər yanvarın 30-da Pakistanın Xeybər Paxtunxva vilayətində başlayıb. Tərbəla bölgəsində keçirilən təlimlər iki həftə davam edəcək.
Hərbi təlimlərin məqsədi terrorizmlə mübarizədə birgə addımların işlənib hazırlanmasıdır.
Qeyd edək ki, 1998-ci ildən bu yana təlimlər növbə ilə Türkiyə və Pakistanda keçirilir. Türkiyədə keçirilən zaman təlimlər "Cinnah", Pakistanda isə "Atatürk" adlanır.




Facebook'da Paylaş