Kursantlarla səhra çıxışında praktiki məşğələlər keçirilir

25-07-2022, 13:10

Kursantlarla səhra çıxışında praktiki məşğələlər keçirilir

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində praktiki təlim məşğələləri həyata keçirilir.

Bu barədə Prdum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi institutun təsdiq edilmiş tədris planı və proqramına uyğun olaraq kursantlar sıra, fiziki və atəş hazırlığından müxtəlif normativlər icra edirlər.

Keçirilən məşğələlərdə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Atışın şərtləri ilə tanış olduqdan sonra kursantlar təlim sahəsində şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi, silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və onlardan istifadə vərdişlərini təkmilləşdirirlər.

Məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticələrə əsasən qiymətləndiriləcəklər.




Facebook'da Paylaş