Kontr-admiral "Efes-2022" təlimdə iştirak edəcək heyətin hazırlığını yoxlayıb

7-04-2022, 19:09

Kontr-admiral "Efes-2022" təlimdə iştirak edəcək heyətin hazırlığını yoxlayıb

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Bu barədə "Ordum.az"-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılır.





Facebook'da Paylaş