Asena, təbrik edirik!
Asena, təbrik edirik! Beş il əvvəl “Atribut” qəzetinin baş redaktoru, şair dostum Bəradər Səməndərlinin bir yazısını oxumuşdum. Yazı çox ürəklə yazılmışdı:
“Acılı-şirinli, gecəli-gündüzlü, gəlimli-gedimli ömür dastanımız dərk etdikcə dərinləşir, zənn etdikcə gözəlləşir, duyub-düşündükcə mənalanır, məzmunlaşır. Fəqət, gerçək mənada hər insan ömrü bir kitablıq filmdir. Janrından asılı olmayaraq hər kəs bir filmin süjetini, obrazını, məzmununu yaşayır həyatda.”
Əslində bu deyimi insan övladının çoxuna şamil eləmək olar. Amma əziz dostum bu sətirləri öz şeirilə birlikdə Natella Asenaya ünvanlamış-
ÖMÜR QATARININ 65-Cİ VAQONUNDA XOŞ GÖRDÜK SİZİ, NATELLA XANIM!-demişdi:
Cismi 65-də,
Ruhu 15 yaşında.
Hələ yazıb-yaratmaq,
Eşqi coşur başında…O zaman hamımızın dilinin əzbəri olan arzuları da ünvanlamışdı, Asenaya:
“Yazının sonuna gəlsəm də, ömrün sonuna hələ çox var, dəyərli dostum, qız qardaşım Natella xanım. Tanrı sizi qorusun! Vətən torpaqları tezliklə işğaldan azad olsun, “Zəfər qalası”nın daha mükəmməl sözünü Şuşa qalasından, Qarabağ torpaqlarının ruhumuza sərinlik gətirəcək qoxusunu duya-duya, qələbə sevincinin gözəlliyini yaşaya-yaşaya dilə gətirəsən, deyəsən, əlinə qələm alasan, yazasan. İnşallah!”
Bu gün Natella xanım Ömür qatarının 70-ci vaqonunda Bakı- Xankəndi istiqamətində yol gedir. Batmanla gələn dərdlər çiyninə yük olsa da Zabit anasının torpaq nisgili bitdi. “Zəfər Qalası”na qalib olaraq gedib gəlir.
Biz də Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından Natella xanımı yubileyi münasibəti ilə təbrik edirik, sağlam uzun ömür arzulayırıq.
Hörmətlə: Tamxil Ziyəddinoğlu
Facebook'da Paylaş