Sosial təşəbbüs və layihələri siyasiləşdirməyə çalışanlar

28-10-2022, 11:58

Sosial təşəbbüs və layihələri siyasiləşdirməyə çalışanlar



Yaxud Heydərabad şəhəri layihəsindən kimlər divident götürməyi hədəfləmişdi

Ölkədə bu və ya digər sahədə əldə edilən uğurlar, həyatımızın bir çox istiqamətlərini əhatə edən məqsədyönlü tədbirlər, eləcə də sosialyönümlü layihələri bir qayda olaraq bəzi dairələr siyasiləşdirməyə, həmin layihələrə siyasi don geydirməyə və bununla da cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırlar. Baxmayaraq ki, sadaladığımız proseslər birbaşa əhalinin sosial durumunun yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərir və vətəndaşlarımız bundan yalnız bəhrələnə bilirlər. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər şeyə siyasi don geydirmək, ağı qara görmək mərəzində olanlar özlərinin pozuculuq əməlləri ilə zaman-zaman xalq, millət, dövlət üçün nəzərdə tutulan layihələr, işləri əngəlləməyə çalışıb, ona mane olmağa cəhd göstəriblər. Nəticə etibarilə kifayət qədər iş görüb irəliyə doğru atılan addımlar məhz siyasi oyunbazların əməlləri fonunda geriyə istiqamət götürüb, yenidən hər şey sıfırdan başlanılıb. Qarabağda Heydərabad şəhərinin salınması ideyasının ortaya çıxması, bu məqsədlə Təşəbbüs Qrupunun yaradılması və sözügedən ideyanın reallaşması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlandığı kimi. Məlumat üçün qeyd edək ki, Azərbaycanın əyalətlərindən birində Heydərabad şəhərinin salınması, yaxud rayonlardan birinin adının dəyişdirilərək Heydərabad adlandırılması təşəbbüsü zaman-zaman gündəmə gəlib. Ən son 44 günlük Vətən müharibəsində tarixi zəfərimiz və torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda Heydərabad şəhərinin salınması təşəbbüsü irəli sürülüb. Etiraf etmək lazımdır ki, sonuncu təşəbbüsə qədər irəli sürülən digər təklif və təşəbbüslərin həyata keçirilməsi istiqamətində mütəşəkkil fəaliyyət ortaya qoyulmayıb.

Qeyd etdiyimiz kimi 44 günlük Vətən müharibəsindən sonra sözügedən təşəbbüsün həyata keçməsi istiqamətində məqsədyönlü işlərin görülməsinə başlanıldı. Burada diqqət çəkən məqam ondan ibarət idi ki, həmin təşəbbüsün reallaşması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdə siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri təmsil olunurdu. Hətta hazırkı hakimiyyətə uzun illərdir ki, radikal müxalifətdə dayanan Müsavat Partiyasının lideri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər də Heydərabad şəhərinin salınması ideyasını, təşəbbüsünü müsbət qarşılayanlardan olub və həmin ideyaya qoşulub. "Milli İnkişaf" İctimai Birliyi sözügedən məsələni ideya halına salanda məhz Rövşən Qəmbər də həmin ideyaya qoşulanlardan olub. Qısa zamanda yaradılan Təşəbbüs Qrupu, ideyanın gerçəkləşməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətin ünvanlanması, həmçinin ilkin şəhər layihəsinin hazırlanması qarşıya qoyulan məqsədə nail olunacağından xəbər verirdi. Lakin çox keçmədən ənənəvi ara qarışdıranların hansı məkirli niyyətin daşıyıcıları olduğu üzə çıxdı və respublikamız, dövlətimiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən layihə siyasiləşdirilməyə çalışıldı. Nəticə etibarilə Qarabağda Heydərabad şəhərinin salınması ilə bağlı yaradılmış Təşəbbüs Qrupu buraxılaraq yeni tərkibdə formalaşdırıldı. 33 nəfərdən ibarət yeni yaradılan Təşəbbüs Qrupunun rəhbəri, Qarabağda Heydərabad şəhərinin salınması ideyasının müəllifi, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyir ki, əvvəlki Təşəbbüs Qrupunun buraxılmasının başlıca səbəbi vaxtı ilə orada təmsil olunan bəzi şəxslərin bu ideyanı siyasiləşdirməyə cəhd göstərməsi olub. Arzuman Muradlı diqqətə çatdırıb ki, onların içərisində daha çox Rövşən Qəmbər pozuculuq fəaliyyəti ilə məşğul idi: "Etiraf edim ki, əvvəl Rövşən Qəmbər də irəli sürülən təşəbbüsü siyasiləşdirmək, ona siyasi don geydirmək kimi bir mənfi tendensiya müşahidə edilmirdi. Ancaq bir müddət sonra müşahidə etdik ki, o yaranmış vəziyyətdən sui-istifadə edir, layihəmizi siyasiləşdirməyə çalışır, bizdən kənarda tamamilə başqa fikirlər səsləndirir. Bir neçə dəfə ona irad bildirib məsələyə siyasi yöndən yanaşmamasını istəsək də, lakin Rövşən Qəmbər fikrindən daşınmadı və öz pozuculuq fəaliyyətini davam etdirdi". Arzuman Muradlı ehtimal edir ki, Rövşən Qəmbər siyasi divident qazanmaq üçün bu prosesə qoşulubmuş: "Ancaq sonradan gördü ki, onun planları burada keçməyəcək və ona görə də pozuculuq işləri ilə məşğul olmağa başladı. Nəticə etibarilə Rövşən Qəmbər, ümumilikdə isə 7 nəfər siyasi manipuliyasiya edib siyasi şantaja keçdirkləri üçün "Milli İnkişaf" İctimai Birliyi tərəfindən Təşəbbüs Qrupundan uzaqlaşdırıldı".

Yeni yaradılan Təşəbbüs Qrupu barədə də məlumat verən Arzuman Muradlı deyib ki, cəmiyyətin tanınmış simaları, ziyalılar, alimlər, yazıçılar, hüquqşünaslar, iş adamları, vətəndaş cəmiyyətinin nümayəndələri, media təmsilçiləri də orada təmsil olunur: "Təşəbbüs qrupunun üzvləri sırasında "Milli İnkişaf" İB-nin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru olaraq mən, Heydər İmanov- Rusiya ,Smolni İnstitutunun rektoru, akademiki Heydər İmanov, BSU professoru, Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova, professor, tərcüməçi Məmməd Nəcəfzadə, - professor, tərcüməçi, Dünya Hapkido Federasiyasının prezidenti, sülhməramlı səfir, fəxri professor Cəmil İzzətov, Prezidentin Təhlükısizlik Xidmətinin sabiq əməkdaşı, polkovnik Hikmət Ağayev, Ümumdünya Sülh Federasiyasının üzvü, Beynəlxalq Humanistika İnstitutu İB-nin sədri Elmira Məhəddinli, rəssam, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi Nəvai İbrahimov, şair, alman dili mütəxəssisi Kikayıl Əsgərov, yazıçı, jurnalist, Qızıl qələm mükafatçısı Südabə Əhmədova, sahibkar, "Leyla Khazari"qalareyasının rəhbəri Leyla Musayeva, jurnalist, təhsil içşisi Əlövsət Əliyev, Rusiya, Buryatiya Respublikası Selenqa, Kuban şəhərləri Azərbaycan Diasporasının rəhbəri Cəmil Hüseynov, Ilqar Rüstəmov -"Xalq" qəzetinin məsul katibi, əməkdar jurnalist İlqar Rüstəmov, İctimai Televiziya və Radio verilişləri Yayım Şirkətinin "Carçı-film" yaradıcılıq birliyinin direktor müavini Eldar İsgəndərzadə, El TV, kanalS televiziya, kanal 32 media şəbəkəsinin baş redaktoru İnqilab Şirinli, jurnalist, "Azərsu" ASC poliqrafiya mərkəzinin redaktoru Mirbağır Quliyev, "Xəbər lenti.com" saytının redaktoru, şair, jurnalist Seyidhüseyn Mahmudov, müəllimə Sevinc Sultanova, "Spase" Müstəqil Televiziya və Radio Şirkətinin "Hər səhər" proqramının rəhbəri, jurnalist Rauf Rəcəbov, "Dedektiv Lyuks " qəzeti və "dedektivinfo.com" saytının baş redaktoru Vüqar Qazıyev, qazı, jurnalist Xanlar Abdullali, Respublika və Beynəlxalq dərəcəli hakim, idman ustası Adıgözəl Rəcəbov, qazi, "Vətəninfo.az"informasiya agentliyinin baş redaktoru Nahid Canbaxışlı, ADNŞ-də böyük mühəndis Emin Hacıyev, iqtisadçı Aliyə Mustafayeva, Avrasiya İnformasiya Agentliyinin rəhbəri, Demokratik İslahatların İnkişafı Mərkəzi İB-nin sədri Cavid Şahverdiyev, "Talysh DNA Project" in təsisçisi və rəhbəri, Dövlət Milli Arxivində müstəqil elmi tətqiqatçı Rəzzaq Rəcəbov, Gəncə Maarif Evi İB-nin təsisçisi İmamverdi Vəluyev, sahibkar Mətin Cəfərov, Rusiya, Tatarıstanda Azərbaycan Diasporasının rəhbəri Sərraf Kərimov, qazi, hərbiçi Köçəri Rüstəmov və hüquqşünas Nuru Kazımov daxildir".

Qarabağda Heydərabad şəhəri ideyasının müəllifi bildirib ki, yeni Təşəbbüs Qrupu tərəfindən sözügedən ideya ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlanıb: "Qarşıdan Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi gəlir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Torpaqlarımızın azadlığı, xalqımızın firəvanlığı uğrunda gecəli-gündüzlü yorulmadan fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevin adının Qarabağda salınacaq çoxmilyonlu şəhərə verilməsi hər bir azərbaycanlının ürəyincə olacaq. Eyni zamanda Heydərabad şəhərinin təməlinin qoyulması Heydər Əliyevin 100 illik yubileyinə və "Heydər Əliyev İli"nə xalqımızın ən gözəl hədiyyəsi olar".

Qeyd edək ki, Füzuli hava Limanının ətrafı, Araz çayı boyunca, Füzuli, Cəbrayıl, Beyləqan, Xocavənd rayonlarının ərazilərindən təqribən 2000-2500 kvadrat kilometr sahənin ayrılaraq müasir Heydərabad şəhərinin salınması planlaşdırılır.

Süleyman İsmayılbəyli







Facebook'da Paylaş