Zelenski: “ABŞ son iki həftə ərzində Ukraynaya 3 milyard dollar göndərib”

16-07-2022, 09:27

Zelenski: “ABŞ son iki həftə ərzində Ukraynaya 3 milyard dollar göndərib”

“ABŞ son iki həftə ərzində Ukrayna büdcəsinə 3 milyard dollar köçürüb”.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, bu, ukraynalıların hazırkı ehtiyaclarını ödəməyə imkan verib.

"Birləşmiş Ştatlar gələn il də həmçinin Ukraynaya müdafiə sahəsində, xüsusən də hərbi aviasiya potensialının gücləndirilməsində kömək etməyi planlaşdırır", - Zelenski əlavə edib.

O, vurğulayıb ki, ABŞ Ukraynaya əlavə yardımı nəzərə alaraq yeni maliyyə ili üçün müdafiə büdcəsi hazırlayır. Söhbət xüsusən hərbi aviasiyanın imkanlarının genişləndirilməsindən gedir.




Facebook'da Paylaş