Hulusi Akar: "Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsində irəliləyişlər gözləyirik"

13-04-2022, 13:43

Hulusi Akar: "Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsində irəliləyişlər gözləyirik"

“Rusiya və Ukrayna müdafiə nazirləri ilə təmaslarımız davam edir”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsiz təxliyəsi üçün əllərindən gələni edirlər. “Bu mövzuda qarşıdakı günlərdə irəliləyişlər gözləyirik. Ukraynadakı humanitar durum son vaxtlar pisləşib. Ərazilərin bir hissəsi Rusiyanın, bir hissəsi isə Ukraynanın nəzarəti altındadır. Mülki şəxsləri təxliyə etmək üçün hər cür hazırlığı görmüşük. Nəticə etibarilə biz humanitar baxımdan lazım olanları etmək üçün səy göstəririk”.




Facebook'da Paylaş