Çavuşoğlu: "Türkiyə bölgədə və dünyada sülhün bərqərar olması üçün açar ölkədir"

31-03-2022, 11:56

Çavuşoğlu: "Türkiyə bölgədə və dünyada sülhün bərqərar olması üçün açar ölkədir"

“Avropa İttifaqı və ABŞ Türkiyənin dünya siyasətindəki rolunu bilir. Lakin bu müharibə göstərdi ki, Türkiyə bölgədə və dünyada sülhün bərqərar olması üçün açar ölkədir”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin “Ahaber” telekanalının efirində söyləyib.

“Bundan başqa, Türkiyənin Aİ və dünya iqtisadiyyatına verdiyi töhfə məlumdur. Digər tərəfdən, Avropa təhlükəsizliyinə ən çox təhfə verən ölkələrdən biriyik. Özlərinə lazım olanda yaxınlaşıb, daha sonra məsafə saxlayırlar. Bu sadəcə Türkiyəyə qarşı deyil, digər ölkələrə qarşı da bu cür rəftar edilir”, - XİN başçısı bildirib.




Facebook'da Paylaş