Ukrayna və Belarus müdafiə nazirləri arasında telefon danışığı olub

14-02-2022, 17:00

Ukrayna və Belarus müdafiə nazirləri arasında telefon danışığı olub

Ukraynanın müdafiə naziri Aleksey Reznikovla belaruslu həmkarı Viktor Xreni arasında telefon danışığı olub.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər iki ölkə arasında dialoqu bərpa etmək istiqamətində danışıqlar aparıblar. Ukrayna müdafiə naziri həmkarını təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın intensivləşməsinə çağırıb.




Facebook'da Paylaş