Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

12-01-2022, 12:23

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Yanvarın 12-si Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Bizim Facebook səhifəmizə abunə olun




Facebook'da Paylaş