Times: Britaniyanın müdafiə naziri Şoyquya xəbərdarlıq etmək niyyətindədir

11-02-2022, 09:30

Times: Britaniyanın müdafiə naziri Şoyquya xəbərdarlıq etmək niyyətindədir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Rusiyanın Ukraynaya hipotetik müdaxiləsinin heç kimə fayda verməyəcəyi barədə xəbərdarlıq edəcək.

Ordum.az xəbər verir ki, bu barədə “The Times” öz məqaləsində məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, britaniyalı nazir yeni sanksiyalar paketi ilə Rusiyaya gedəcək.

Məqalədə həmçinin bildirilir ki, krallığın Müdafiə Qərargahının rəisi Toni Radak fevralın 11-də Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşəcək.

“The Times” qəzeti bildirib ki, Uolles və Radakinin səfərinin əsas məqsədi danışıqlardan çox Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırmaqdır




Facebook'da Paylaş