Rusiyanın Qafqazdakı əsas müttəfiqi

15-04-2021, 17:24

Rusiyanın Qafqazdakı əsas müttəfiqi


“Qafqazdakı əsas müttəfiqimiz Ermənistandır” – Rusiya Baş Qərargah rəisi
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ermənistan Baş Qərargah rəisi Artak Davtyan ilə danışıqlar aparıb.
Bu barədə “RIA Novosti” məlumat yayıb.
“Sizi Moskvada salamladığım üçün şadam. Ermənistan Rusiyanın Qafqazdakı əsas müttəfiqi və tərəfdaşıdır”, – deyə Gerasimov görüşün əvvəlində bildirib.
Rus ordu generalı ölkələrin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə, ilk növbədə KTMT çərçivəsində əməkdaşlığı gücləndirdiklərini qeyd edib.




Facebook'da Paylaş