Zelenski NATO Parlament Assambleyasında çıxış edəcək

21-11-2022, 09:19

Zelenski NATO Parlament Assambleyasında çıxış edəcək

İspaniyanın Madrid şəhərində NATO Parlament Assambleyasının 68-ci illik sessiyası açılır.

Ordum.az xəbər verir ki, bazar ertəsi Alyansın Baş katibi Yens Stoltenberq, Ukrayna Prezidenti Volodimir Zelenski (videoformatda) və İspaniyanın Baş naziri Pedro Sançesin çıxış edəcəyi gözlənilir.

Assambleyada 30 Alyans ölkəsindən, həmçinin NATO-nun tərəfdaş ölkələrindən 288 parlamentari iştirak edəcək.

Xatırladaq ki, Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayevin NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəyi bildirilmişdi.




Facebook'da Paylaş