Rusiya ilə müharibə olsa...

1-07-2022, 08:16

Rusiya ilə müharibə olsa...
Rusiya ilə müharibə olsa...

NATO Ukraynadakı münaqişənin bilavasitə iştirakçısı deyil və qarşısına Rusiya ilə birbaşa toqquşmadan qaçmaq vəzifəsi qoyub.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə olsa, biz daha böyük miqyasda əzab və dağıntılar görəcəyik. Buna görə də NATO-nun iki vəzifəsi var: bunlardan biri Ukraynaya yardım göstərməkdir. Amma biz həmçinin Ukraynanın hüdudlarından kənarda eskalasiyanın qarşısını almağa da məsuliyyət daşıyırıq. Buna görə də NATO Yer üzündə münaqişə tərəfi deyil”, - Stoltenberq qeyd edib.




Facebook'da Paylaş