“NATO-nun genişlənməsi Rusiya üçün qəbuledilməz risklər daşıyır” - Qruşko

13-01-2022, 10:35

“NATO-nun genişlənməsi Rusiya üçün qəbuledilməz risklər daşıyır” - Qruşko

NATO-nun genişlənməsi prosesi qəbuledilməz risklər daşıyır, Moskva buna qarşı çıxacaq.

Ordum.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Avropada təhlükəsizliyin pisləşməsinə ciddi təsir edən ikinci amil alyansın genişlənməsi prosesidir. Xatırladım ki, 1997-ci ildə Rusiya ilə ümumi sərhədi olan NATO-nun qapısını yalnız bir ölkə döydü, o da Polşadır.

Bu gün bir çox dövlətlər NATO-ya üzv olublar və onların əraziləri açıq şəkildə Rusiyaya müxtəlif coğrafi istiqamətlərdən və strateji dərinliklərdən güc proyeksiyası üçün istifadə olunur. Bu, həm də təhlükəsizliyimizi ciddi şəkildə pisləşdirir və onun üçün qəbuledilməz risklər yaradır, buna müqavimət göstərəcəyik”, - Qruşko vurğulayıb.




Facebook'da Paylaş