Putin: “NATO Rusiyanı aldadıb”
"NATO ölkələrinin rəhbərləri alyansın hərbi infrastrukturunu şərqə doğru genişlənməyəcəyinə söz verərək Rusiyanı aldatdılar”.
Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib.
"Baxın, 1980-ci illərin sonları - 1990-cı illərin başlanğıcında - Almaniyanın birləşməsindən sonra nə baş verirdi - hər tərəfdən deyilirdi ki, NATO-nun infrastrukturunun şərqə doğru hərəkətləri heç bir halda olmayacaq. Rusiya heç olmasa buna əmin olmalı idi. İctimai bəyanatlarda belə deyirdilər, bəs təcrübədə? Aldatdılar”, - "Valday" beynəlxalq klubun plenar iclasında dövlət başçısı qeyd edib.
"İndi onlar deyirlər ki, bu, kağız üzərində haradadır, göstərin?" - Putin NATO ölkələrinin rəhbərlərini nəzərdə tutaraq əlavə edib.
O, xatırladıb ki, Şimali Atlantika alyansının tərkibi təminatlara baxmayaraq dəfələrlə şərqə doğru genişlənib.
"İndi hansısa bir xadim var, amma o artıq sabah yoxdur, onun yerinə kimsə başqası gəlir. Bu, Rusiya üçün təhlükəsizlik zəmanəti deyil. Bu, sadəcə verilmiş mövzuya danışıqlardır. Və əlbəttə, bu bizi narahat edir”, - Rusiya lideri vurğulayıb.
Facebook'da Paylaş