Azərbaycanlı idmançı Polşada keçirilən MMA üzrə yarışda çempion olub

7-03-2023, 08:49

Azərbaycanlı idmançı Polşada keçirilən MMA üzrə yarışda çempion olub

Polşada MMA üzrə çempionat keçirilib. MMA üzrə azərbaycanlı idmançı Denis Malikov kişilər arasında 4 döyüş keçirib və qızıl medala sahib olaraq bayrağımızı ucaldıb.

Xatırladaq ki, Denis Malikov Polşanın Varşava şəhərində yaşayır. Hazırda Denisin 22 yaşı var. Denis Malikov ötən il məşq zamanı ağır travmayla xəstəxanaya yerləşdirilmişdi. Polşada yaşayan soydaşlarımızın dəstəyi ilə Denis Malikov müalicə olunaraq yenidən yarışlara qatılıb. Denis Malikov ona dəstək olan soydaşlarımıza təşəkkür edib. “Mənə dəstək olan adamlardan Allah razı olsun”, -deyə o, özünün “Facebook” profilində paylaşım edib.




Facebook'da Paylaş