Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

27-10-2022, 11:00

Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Portuqaliyanın "Portu" klubunun qapıçısı Dioqu Koşta UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Ordum.az-ın məlumatına görə, 23 yaşlı qolkiper buna Belçikada "Brügge"ni 4:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin V tur matçında nail olub.

Qarşılaşmada Noa Lanqın penaltisini dəf edən Koşta qitənin bir nömrəli klub turnirində bir mövsümdə 3 penaltini qaytaran ilk qapıçı adına sahib çıxıb.

Qeyd edək ki, "Portu"nun yetirməsi olan portuqaliyalı qolkiper 2019-cu ildən əsas komandada çıxış edir.




Facebook'da Paylaş