"Yuventus" Pol Poqbanın transferini açıqlayıb

11-07-2022, 14:45

"Yuventus" Pol Poqbanın transferini açıqlayıb

İtaliyanın "Yuventus" klubu yeni transferini gerçəkləşdirib.

Ordum.az-ın məlumatına görə, Turin təmsilçisi rəsmi tviter hesabında İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqbanı heyətinə qatdığını açıqlayıb.

29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Pol Poqba 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.




Facebook'da Paylaş