Çempionlar Liqası: Üç oyunda qələbə, dörd görüş qolsuz başa çatıb
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Ordum.az-ın məlumatına görə, ikinci oyun günündə 7 qarşılaşma baş tutub. Bunların yalnız 3-də qələbə qeydə alınıb və sevinən tərəf meydan sahibləri olublar.
"Budye Qlimt" Norveçdə Farer adalarının "Klasksvik" klubunu, HIK Finlandiyada Latviyanın RFŞ komandasını, "Düdelanj" isə Lüksemburqda Albaniya "Tirana"sını məğlub edib.
Digər 4 qarşılaşmada isə qapılara qol vurulmayıb.
Bu raundun cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
6 iyul
18:00. "Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0
20:00. "Budye Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) - 3:0
Qol: Viktor Bonifase, 11; 31; 58 (pen.)
20:00. HIK (Finlandiya) - RFŞ (Latviya) - 1:0
Qol: Manuel Martiç, 11
21:30. "Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) - 1:0
Qol: Hasan Nader, 71
Qırmızı vərəqələr: Mehdi Kirş, 54 ("Düdelanj"), Vesel Limay, 69 ("Tirana")
22:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) - 0:0
22:15. "Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 0:0 (İKİNCİ HİSSƏ)
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) - 0:0 (FASİLƏ)
Qırmızı vərəqə: Mamuka Kobaxidze, 42 ("Dinamo")
Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu "Qarabağ" Polşada "Lex"ə 0:1 hesabı ilə uduzub
Facebook'da Paylaş